Prezident Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxış edib

Prezident Ərdoğan BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zalında keçirilən müzakirələrdə iştirakçılara müraciət edib.

2039542
Prezident Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyalarının döyüş meydanına çevrildiyini bildirib.

Prezident Ərdoğan BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zalında keçirilən müzakirələrdə iştirakçılara müraciət edib.

Türkiyenin BMT-nin Baş katibi Antonio Quterreşin İkinci Dünya Müharibəsindən sonra qurulan qurumların indiki dünyanı əks etdirməməsi ilə bağlı son açıqlaması ilə Türkiyenin də razılaşdığını bildirən Ərdoğan deyib:

“Təhlükəsizlik Şurası artıq dünya təhlükəsizliyinin qarantı deyil, 5 ölkənin siyasi strategiyaları üçün döyüş meydanına çevrilib. BMT-nin rəhbərliyində dünyanın təhlükəsizliyini, sülhünü və rifahını təmin edən qurumlar sürətlə yenidən qurulmalıdır.

Öz coğrafiyası və demoqrafik xüsusiyyətləri ilə dünyadakı bütün inancları və mədəniyyətlərini təmsil etməyə qadir olan qlobal idarəetmə şəkli qurmalıyıq".

Dövlət başçısı Qarabağın Azərbaycan torpağı olduğunur və bundan başqa bir statusun qəbul edilməyəcəyini vurğulayaraq deyib: “Biz Ermənistandan başda Zəngəzur koridorunun açılması olmaqla, verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır və bundan başqa bir status qəbul edilməyəcək. Ermənilər də daxil, hər kəsin Azərbaycan torpaqlarında sülh şəraitində yan-yana yaşaması birinci hədəfimiz olmalıdır. Tək millət-iki dövlət şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünə dair attığı addımları dəstəkləyirik”. 

Rusiya-Ukrayna müharibəsinə də toxunan dövlət başçısı Ərdoğan Türkiyenin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü əsasında diplomatiya və dialoq yolu ilə müharibəni bitirmək üçün səylərini artırmağa davam edəcəyini bildirib.

Prezident Ərdoğan onu da vurğulayıb ki, Suriyanın ərazi bütövlüyü və siyasi birliyi üçün ən böyük təhlükə bu ölkədə marağı olan qüvvələrin nəzarətində olan terror təşkilatlarına açıq dəstək verilməsidir.

Dövlət başçısı "Xüsusilə Suriya və İraq, Orta Şərq, Şimali Afrika və qara Afrika bölgəsində DEAŞ və buna bənzər qrupları öz maraqları üçün pərdə kimi istifadə edənlərin riyakarlığından bezmişik" deyib.

Ərdoğan qeyd edib ki, sırf öz siyasi və iqtisadi maraqları naminə terror təşkilatları ilə işləməyə davam edən ölkələrin terrordan və bununla bağlı problemlərdən şikayət etməyə haqqı yoxdur.

Orta Şərqdə daimi sülhün ancaq Fələstin-İsrail probleminin yekun həlli ilə mümkün olacağına diqqət çəkən Ərdoğan deyib:

“1967-ci il sərhədləri əsasında müstəqil və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövləti qurulmadan İsrailin axtardığı sülh və təhlükəsizliyi tapması çətindir.

Bizim heç kimin haqqında gözümüz yoxdur və heç kimə bizim haqqımıza laqeyd yanaşmasına icazə vermirik və verməyəcəyik”.

Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin müstəqilliyini tanımağa və bu ölkə ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa dəvət edib.

Dövlət başçısı Türkiyenin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı isə bunları deyib:

Bizim Aİ-dən gözləntimiz odur ki, ölkəmiz qarşısında öhdəliklərini tez yerinə yetirsin və Türkiyeyə qarşı ikitərəfli münasibətlərə son qoyulmalıdır”.



Әlaqәli Xәbәrlәr