Türkiye Prezidentinin baş müşaviri ABŞ nümayəndə heyəti ilə görüşüb
Türkiye Prezidentinin baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos J. Hoçstein və ABŞ-ın Türkiyedəki səfiri Ceff Flekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
2030742

Bu barədə Akif Çağatay Kılıç rəsmi internet səhifəsində paylaşım edib.
O, paylaşımında ABŞ nümayəndə heyəti ilə Prezident İqamətgahında görüşdüklərini qeyd edib.
Akif Çağatay Kılıç bildirib ki, görüşdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər, həmçinin enerji və infrastruktur mövzuları müzakirə olunub.