Ər-Riyadda Türkiye, Səudiyyə Ərəbistanı və Pakistanın üçtərəfli müdafiə komitəsinin iclası keçirilib

Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.

2028761
Ər-Riyadda Türkiye, Səudiyyə Ərəbistanı və Pakistanın üçtərəfli müdafiə komitəsinin iclası keçirilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiye, Səudiyyə Ərəbistanı və Pakistanın üçtərəfli müdafiə komitəsinin ilk iclası keçirilib.

Bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.

Bəyanata görə, müdafiə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi məqsədi ilə keçirilən görüşdə Türkiye milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfekçi, Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Talal bin Abdullah bin Turki əl-Uteybi və Pakistan Silahlı Qüvvələrinin generalı Məhəmməd Səid iştirak ediblər.
Tərəflər görüşdən sonra ikitərəfli xüsusi işçi qruplarının iclasına qatılıblar.
Səudiyyə Ərəbistanı-Türkiye işçi qrupunun iclasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair yol xəritəsi, texnologiya transferi və elmi araşdırmaların inkişaf etdirilməsi mövzuları müzakirə edilib.
İclasda Uteybi və Tüfekçi ilə yanaşı Türkiye Müdafiə Sənayesi Komitəsinin sədri Halük Görgün də iştirak edib.



Әlaqәli Xәbәrlәr