Türkiyə müdafiə sənayesi şirkətləri dünya sıralamasında
“Defence News” jurnalının müdafiə satışları əsasında dərc etdiyi 2023-cü il üçün "Defense News Top 100" siyahısı açıqlanıb
“Defence News” jurnalının müdafiə satışları əsasında dərc etdiyi 2023-cü il üçün "Defense News Top 100" siyahısı açıqlanıb. Buna əsasən, 2022-ci ildə 3 olan siyahıda Türkiyə müdafiə sənayesi şirkətlərinin sayı bu il 4-ə yüksəlib.
1) Ötən il siyahının 49-cu pilləsində olan Hərbi Elektronika Sənayesi şirkəti ASELSAN bu il 47-ci pilləyə yüksələrək Türkiyə şirkətləri arasında liderliyini qoruyub.
2) “Turkish Aerospace İndustries” anonim şirkəti TUSAŞ keçən il 67-ci yerdə ikən bu il siyahıda 58-ci yerə çıxaraq mühüm sıçrayışa imza atıb.
3) ROKETSAN 2022-ci ildə 86-cı sırada idisə, 2023-cü ildə 80-ci pilləyə yüksəlib.
4) Siyahıya ilk dəfə daxil olan “Military Factory and Shipyard Operations İnc” - ASFAT siyahıda 100-cü yerdə qərarlaşıb.
Әlaqәli Xәbәrlәr
Türkiyənin milli qırıcı təyyarəsi daha bir uçuş testini uğurla tamamlayıb
Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb