Hollandiya bəzi avadanlıqların Türkiyəyə ixracına məhdudiyyəti aradan qaldırdı
Hollandiyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, İqtisadiyyat və İqlim İşləri Nazirliyi müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarı ilə bağlı birgə bəyanat yayınlayıblar
Hollandiya bəzi müdafiə sənayesi avadanlıqlarının Türkiyəyə ixracına qoyulan məhdudiyyəti aradan qaldırdığını açıqlayıb.
Hollandiyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, İqtisadiyyat və İqlim İşləri Nazirliyi müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarı ilə bağlı birgə bəyanat yayınlayıblar.
Bəyanat Avropada müdafiə sahəsində əməkdaşlığın daha da yaxınlaşmasını təşviq etmək üçün Hollandiya hökumətinin silah ixracına nəzarətlə bağlı gördüyü tədbirləri əks etdirir.
Mətndə Hollandiya hökumətinin Avropa müdafiə əməkdaşlığını gücləndirmək, ədalətli rəqabət üçün belə layihələrdə iştirak etmək istədiyi bildirilib.
Bəyanatda Hollandiya müdafiə sektorunun iqtisadi canlılığının və innovativ gücünün böyük ölçüdə ixracdan asılı olduğuna diqqət çəkilərək bu sektorun dövriyyəsinin yarısından çoxunun, təxminən 54 faizinin ixracdan gəldiyi vurğulanıb. Bu çərçivədə hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı üçün qüvvədə olan müdafiə sənayesi avadanlıqlarının ixracına qoyulan məhdudiyyət qərarı sona çatır.