Türkiye və İsveç XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyenin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsveç NATO-ya daxil olmaq üçün  konkret addımlar atmalıdır.

1996906
Türkiye və İsveç XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyenin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsveç NATO-ya daxil olmaq üçün  konkret addımlar atmalıdır.
Hakan Fidan İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon əlaqəsi saxlayıb.
Türkiye Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tobias Billström Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib. Hakan Fidan İsveçin NATO-ya daxil olması üçün konkret addımlar atmasının vacibliyini vurğulayıb.
Hakan Fidan və Tobias Billström Daimi Birgə Mexanizm görüşündən sonra yenidən əlaqə saxlamaq mövzusunda razılıq əldə ediblər.
Türkiye İsveçin NATO üzvlüyünə veto qoyur. Rəsmi Ankara terror təşkilatlarına açıq dəstək verən İsveçdən terrorla mübarizədə konkret addımlar atmasını gözləyir.


Etiketlәr: #NATO , #İsveç , #Türkiye

Әlaqәli Xәbәrlәr