Hakan Fidanla Antoni Blinken arasında telefon danışığı olub
Xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Antoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib.
Bildirilib ki, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiye-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər.
Eyni zamanda H.Fidan və A.Blinken iki ölkə arasındakı ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar.
Digər tərəfdən, Belarusun xarici işlər naziri Sergey Aleynik xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edib.
Belarusun Ankaradakı səfirliyinin sosial media hesabından edilən paylaşımda Aleynikin həmkarı Fidanı təbrik etdiyi bildirilib.
Paylaşımda “Aleynik Fidana məsul olduğu vəzifəsində sağlamlıq, uğurlar və rifah arzulayıb” ifadəsindən istifadə edilib.
Xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edənlər arasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Braziliyanın xarici işlər naziri Mauro Vieyra da olub.