“Türkiyə xarici siyasətinə sadiq qalacaq”, H.Fidan
Bunu ölkənin yeni xarici işlər naziri Hakan Fidan 5 iyunda Ankarada keçirilən Xarici İşlər Nazirliyi rəhbərinin səlahiyyətlərinin təhvil-təslim mərasimində bildirib

“Türkiyə milli maraqlara əsaslanan və istənilən formada təsirdən müstəqil olmağa hədəflənən xarici siyasət konsepsiyasına sadiq qalmaqda davam edəcək”, bunu ölkənin yeni xarici işlər naziri Hakan Fidan 5 iyunda Ankarada keçirilən Xarici İşlər Nazirliyi rəhbərinin səlahiyyətlərinin təhvil-təslim mərasimində bildirib.
H.Fidan deyib: “XİN rəhbəri postunda Türkiyənin maraqlarının müdafiəsi və təşviqi, ölkənin bütövlüyü, təhlükəsizliyi və rifahı naminə əlimdən gələni əsirgəməyəcəyəm. Cümhuriyyətin yüz illiyi və Türkiyə diplomatik xidmətinin 500-cü ildönümündə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilməyimdən məmnunam.
Türkiyə xarici işlər naziri olaraq göstərdiyi çoxillik sanballı və gərgin fəaliyyətinə görə Mövlud Çavuşoğluna minnətdarlığını bildirirəm”.