Ərdoğan Hindistana başsağlığı verib
Prezident Rəcəb Tayyib Ərdoğan Hindistanın Odişa əyalətində baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə başsağlığı verib.
Prezident Rəcəb Tayyib Ərdoğan Hindistanın Odişa əyalətində baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə başsağlığı verib.
Ərdoğan sosial media hesabında etdiyi paylaşımda "Hindistanın Odişa əyalətində baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə öz adımdan və millətim adından başsağlığı verir, yaralananlara şəfalar diləyirəm. Türkiye olaraq Hindistanın yanındayıq" deyib.
Xatırladaq ki, iyunun 2-də Hindistanın Odişa əyalətində iki sərnişin və bir yük qatarının daxil olduğu qatar qəzasında 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə, Rusiya və İran nazirləri Suriya ilə bağlı birgə bəyanat verdi
Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Qətərin paytaxtı Dohada bir araya gəldilər