Hakan Fidana təbrik mesajları gəlməkdə davam edir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

1995238
Hakan Fidana təbrik mesajları gəlməkdə davam edir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb.

Ceyhun Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazir Hakan Fidan Azərbaycana səfərə dəvət olunub.

Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və Azərbaycana səfər dəvətini məmnuniyyətlə qəbul edib.

Yeni kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidan həmkarlarından təbrik mesajları alıb.

ABŞ dövlət katibi Entoni Blinken sosial media hesabında Hakan Fidanı təbrik edib.

“NATO-nun dəyərli müttəfiqləri və tərəfdaşları olaraq biz Türkiye Xarici İşlər Nazirliyi ilə işləməyi səbirsizliklə gözləyirik”, - o deyib.

Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra "Twitter" hesabında etdiyi paylaşımda Hakan Fidanı təbrik edib:

“Əməkdaşlığımızı və əlaqələrimizi gücləndirməklə ümumi məsələlərimizi həll etməyi səbirsizliklə gözləyirəm”. 

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani də "Twitter" hesabında paylaşım edib.

"Dost ölkə, NATO müttəfiqi və Aralıq dənizində strateji tərəfdaş olan Türkiyenin xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edirik. Qlobal çətinliklərin öhdəsindən gəlmək üçün birlikdə işləməyə hazırıq. Uğurlar", deyə Tajani qeyd edib.

Maltanın xarici işlər, Avropa İşləri və Ticarət naziri Yan Borq da "Twitter" hesabında Hakan Fidanla olan fotosunu paylaşıb.

Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari Hakan Fidanı xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Xorvatiyanın xarici işlər və Avropa işləri naziri Qordan Qrliç Radman da sosial media hesabında bunları yazıb:

"Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edirəm. Türkiye ilə Xorvatiya arasında güclü əlaqələrin davam etməsi üçün gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirəm". 

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis də "Twitter" hesabında yazıb:

“Aramızda səmərəli əməkdaşlığı səbirsizliklə gözləyirəm”.

İrlandiyanın xarici işlər naziri Maykl Martin öz "Twitter" hesabında Fidanı təbrik edib.

“Ölkələrimizin qarşıya olduğu birgə çətinliklər mövzusunda davam edən güclü əməkdaşlığı səbirsizliklə gözləyirəm”. 

Almaniyanın xarici işlər naziri Annalena Berbok "Twitter" səhifəsində Hakan Fidanı təbrik edərək yazıb:

"Mən sizinlə işləməyi səbirsizliklə gözləyirəm."

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell "Twitter" hesabından verdiyi açıqlamada Fidanı təbrik edib.

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq "Twitter" səhifəsində Hakan Fidanı təbrik edib:

“Avstriya-Türkiye əlaqələrini birlikdə gücləndirməyi səbirsizliklə gözləyirəm”. 

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç də sosial media hesabında məlumat verib.

"Hakan Fidanı təbrik edirəm. Latviya və Türkiyenin çox yaxşı ikitərəfli əlaqələri var və NATO-nun yaxın müttəfiqləridir". 

Belçikanın xarici işlər naziri Hadja Lahbib də sosial media hesabından yazdığı mesajda Hakan Fidanı təbrik edib.

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də "Twitter" hesabındakı paylaşımında Fidanı təbrik edib.

Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov və Venesuelanın xarici işlər naziri İvan Gil Fidanı təbrik ediblər.

Fransanın xarici işlər naziri Ketrin Kolonna, Şimali Kıbrıs (Kipr) Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, Ukrayna xarici işlər naziri Andriy Yermak, Estoniyanın xarici işlər naziri Marqus Tşahkna, İsveçin xarici işlər naziri Tobias Billström, Kubanın xarici işlər naziri Bruno Rodriguez və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da Hakan Fidanı təbrik edənlər arasında yer alıb.



Әlaqәli Xәbәrlәr