Hakan Fidan vəzifəsinin icrasına başladı

Cümə günü təyin olunan nazirlər vəzifələrinin icrasına başlayırlar.

1995417
Hakan Fidan vəzifəsinin icrasına başladı

Vitse-prezident Cevdet Yılmaz paytaxt Ankaradakı Prezident iqamətgahında təşkil edilən mərasimlə Fuad Oktaydan vəzifəsini 
təhvil alıb.

Mərasimdəki çıxışında iqtisadiyyatla bağlı mesajlar verən Cevdet Yılmaz “Biz davamlı, yüksək, əhatəli, insan yönümlü inkişaf və artım yanaşması ilə yolumuza davam edəcək, inflyasiya ilə mübarizəyə xüsusi önəm verəcəyik" deyib.

Cümə günü təyin olunan nazirlər vəzifələrinin icrasına başlayırlar.

Paytaxt Ankarada Xarici İşlər Nazirliyində keçirilən mərasimdə Hakan Fidan vəzifəni Mövlud Çavuşoğlundan təhvil alıb. 

Çavuşoğlu mərasimdəki çıxışında dövlətdə davamlılığın vacib olduğunu vurğulayaraq deyib ki, birgə addımlamaqdan şərəf duyduğum Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında indi vəzifəmiz Türkiyenin yeni əsrini qurmaqdır.

Hakan Fidan da yeni dövr üçün ilk xarici siyasət mesajını verərək, “Dövlətimizin və millətimizin bütövlüyü, təhlükəsizliyi və rifahı üçün əlimdən gələni edəcəyəm. Dövlətimizin bütün təsir dairələrindən müstəqilliyi və xalqımızın iradəsinin suverenliyinə əsaslanan milli xarici siyasət baxışını bundan sonra da irəli aparmağı davam etdirəcəyəm” deyib.

Fatih Dönməz də enerji və təbii sərvətlər naziri vəzifəsini Alparslan Bayraktara təhvil verib.

Nazir Bayraktar Nazirlikdəki təhvil-təslim mərasimindəki çıxışında “Türkiyenin qlobal enerji və mədən bazarlarında rolunu gücləndirəcəyik" deyib.

Dönməz isə Türkiyenin qaz ticarət mərkəzi ilə birlikdə bölgəsində əhəmiyyətli bir aktor olacağını bildirib.

Ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş vəzifəsini Dərya Yanıkdan təhvil alıb.



Әlaqәli Xәbәrlәr