Türkiye NATO-nun xahişi ilə Kosovoya komando taboru göndərəcək
Bu barədə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.

Türkiye NATO-nun xahişi ilə Kosovoya xüsusi təyinatlı qüvvələr taboru göndərəcəyini açıqlayıb.
Bu barədə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib.
Bəyanatda deyilir: "Türkiye Birləşmiş Millətlər Təşkilatı, NATO, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə ikitərəfli əlaqələri çərçivəsində regional və qlobal sülh və sabitliyə töhfə verməyə davam edir. Bu kontekstdə ölkəmiz Balkan ölkələrindəki prosesləri yaxından izləyir. Türkiye son günlərdə dost və qardaş Kosovonun şimalında yaşanan olayların dialoq yolu ilə həll olunması üçün konstruktiv mövqe nümayiş etdirir. Kosovodakı hadisələrdən sonra NATO-nun Neapol şəhərindəki Müştərək Qüvvət Komandanlığının xahişi ilə 65-ci piyada briqadasının komando taboru ehtiyat qüvvə kimi regiona göndəriləcək''.
Bəyanatda həmçinin bildirilib ki, həmin tabor iyunun 5-dək Kosovoda “Sultan Murad” kazarmasına yerləşdiriləcək.