Rəcəb Tayyib Ərdoğan bu gün and içərək vəzifəsinin icrasına başlayacaq

İlk mərasim paytaxt Ankarada Türkiye Böyük Millət Məclisində (TBMM) keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye Böyük Millət Məclisində rəsmi mərasimlə qarşılanacaq.

1994835
Rəcəb Tayyib Ərdoğan bu gün and içərək vəzifəsinin icrasına başlayacaq

Mayın 28-də keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanan Prezident Rəcəb Tayyib Ərdoğan 2028-ci ilə qədər davam etdirəcəyi vəzifəsinin icrasına rəsmən başlayır.

İlk mərasim paytaxt Ankarada Türkiye Böyük Millət Məclisində (TBMM) keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye Böyük Millət Məclisində rəsmi mərasimlə qarşılanacaq.

Türkiye Böyük Millət Məclisinin müvəqqəti sədri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğana mandatını təqdim edəcək. Daha sonra Ərdoğan TBMM Baş Assambleyada and içəcək.

Andiçmə mərasimində NATO-nun baş katibi Yens Stoltenberq, Venesuela prezidenti Nikolas Maduro, Pakistanın baş naziri Şahbaz Şərif, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək.
Türkiye Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasiminə həmçinin Somali, Əlcəzair və Balkan ölkələrindən prezidentləri də qatılacaq.
Mərasimdə bəzi ölkələri xarici işlər nazirləri təmsil edəcək. Andiçmə mərasimində ABŞ-ı səfir Cefri Flayk,Rusiyanı isə Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye vaxtı ilə saat 19:00-da Çankaya Köşkündə xarici qonaqların şərəfinə şam yeməyi verəcək.
Şam yeməyindən sonra prezident Ərdoğanın yeni kabinet üzvlərini açıqlaması gözlənilir.



Әlaqәli Xәbәrlәr