Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindən sonra Anıtqəbiri ziyarət edib
Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindən sonra Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyinin olduğu Anıtqəbiri ziyarət edib.
Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimindən sonra Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyinin olduğu Anıtqəbiri ziyarət edib.
Türkiye Prezidenti daha sonra Anıtqəbirdəki xüsusi dəftərə ürək sözlərini yazıb.
Rəcəb Tayyib Ərdoğan deyib: ''Qarşıdakı 5 il ərzində ''Türkiyə yüz ili'' baxışımızı həyata keçirmək üçün çalışmağa davam edəcəyik''.
Rəcəb Tayyib Ərdoğan daha sonra Prezident İqamətgahına gedib.
Səlahiyyətlərinin icrasına başlama mərasimində çıxış edən Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:"Türkiyenin inkişaf etməyə davam etməsi üçün səylərimizi davam etdirəcəyik. Siyasi baxışlarından, mənşəyindən, məzhəbindən asılı olmayaraq 85 milyon insanın hamısını qucaqlayacağıq. Birliyə və bərabərliyə hər zamankindən daha çox ehtiyacımız var''.