Prezident Rəcəb Tayyib Ərdoğan and içdi
Mayın 28-də keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanan Prezident Rəcəb Tayyib Ərdoğan 2028-ci ilə qədər davam etdirəcəyi vəzifəsinin icrasına başlayıb.
Mayın 28-də keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanan Prezident Rəcəb Tayyib Ərdoğan 2028-ci ilə qədər davam etdirəcəyi vəzifəsinin icrasına başlayıb.
Türkiye Böyük Millət Məclisinin müvəqqəti sədri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğana mandatını təqdim edib. Daha sonra Ərdoğan TBMM Baş Assambleyada and içdi.
Beləliklə Ərdoğan 2028-ci ilə qədər davam etdirəcəyi vəzifəsinin icrasına başladı.
Andiçmə mərasimində NATO-nun baş katibi Yens Stoltenberq, Venesuela prezidenti Nikolas Maduro, Pakistanın baş naziri Şahbaz Şərif, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edib.
Türkiye Böyük Millət Məclisində keçirilən andiçmə mərasiminə həmçinin Somali, Əlcəzair və Balkan ölkələrindən prezidentləri də qatılıb.
Mərasimdə bəzi ölkələri xarici işlər nazirləri təmsil edib. Andiçmə mərasimində ABŞ-ı səfir Cefri Flayk,Rusiyanı isə Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye vaxtı ilə saat 19:00-da Çankaya Köşkündə xarici qonaqların şərəfinə şam yeməyi verəcək.
Şam yeməyindən sonra prezident Ərdoğanın yeni kabinet üzvlərini açıqlaması gözlənilir.