Terror təşkilatı PKK dağılır
Separatçı terror təşkilatı PKK-dan qaçan daha 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
1994298

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin koordinasiyasında aparılan razılaşdırma işləri nəticəsində PKK-dan qaçan daha 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub. Təslim olan təşkilat üzvlərinin 2002 və 2014-cü illərdə terror təşkilatına qoşularaq Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib. 2023-cü ilin əvvəlindən bəri öz arzuları ilə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu sayı 48-ə yüksəlib.