Nazir Çavuşoğlu İsveçi konkret addımlar atmağa çağırıb

Xarici işlər naziri Çavuşoğlu İsveçi Üçlü Memoranduma əsaslanan öhdəlikləri yerinə yetirməyə və terrorla mübarizədə konkret addımlar atmağa çağırıb.

1994252
Nazir Çavuşoğlu İsveçi konkret addımlar atmağa çağırıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçi Üçlü Memoranduma əsaslanan öhdəlikləri yerinə yetirməyə və terrorla mübarizədə konkret addımlar atmağa çağırıb.
Çavuşoğlu İsveç xarici işlər naziri Tobias Billströmün Norveçin paytaxtı Osloda keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı ilə bağlı açıqlamalarına cavab verib.

Nazir Çavuşoğlu paylaşımda "İsveçli dostlarımıza çox açıq bir mesaj! Üçlü Memoranduma əsaslanan öhdəliklərinizi yerinə yetirin və terrorla mübarizədə konkret addımlar atın. Digər məsələlər ancaq bundan sonra həll olunacaq" deyib.

Qeyd edək ki, Billström "Twitter"da görüşlə bağlı paylaşım edərək, "Bugün Osloda keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı üzv dövlətlərin İsveçin NATO üzvlüyünə güclü dəstəyini göstərdi. Bu, Türkiye və Macarıstan üçün İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesinə başlamaq üçün bir fürsətdir. Bu, çox aydın mesajdır” ifadəsini işlədib.

Xatırladaq ki, NATO ölkələrinin xarici işlər nazirləri iyulun 11-12-də keçiriləcək Vilnüs Sammitinə hazırlıq məsələlərini müzakirə etmək üçün Osloda qeyri-rəsmi görüşdə bir araya gəlib.



Әlaqәli Xәbәrlәr