Mövlud Çavuşoğlu və Abdullah bin Zayed Əl Nəhyan ikitərəfli münasibətləri müzakirə ediblər

Bu barədə Türkiye Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

1993678
Mövlud Çavuşoğlu və  Abdullah bin Zayed Əl Nəhyan ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Bu barədə Türkiye Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Şeyx Abdullah bin Zayed Əl Nəhyan söhbət zamanı Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Qeyd edək ki, telefon danışığında həmçinin ikitərəfli münasibətlər də müzakirə olunub.

Xarici işlər naziri Mövlud Çavuşoğlu həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla telefon əlaqəsi saxlayıb.
Məlumata görə, Abdullahiyan söhbət zamanı Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və parlament seçkilərində qazandığı uğurlar münasibətilə təbriklərini çatdırıb. Tərəflər həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr