Hulusi Akar: "Hərbi Hava Qüvvələrimiz dünyanın qabaqcıl hava qüvvələri arasında öz yerini tutub"

Milli müdafiə naziri Hulusi Akar Hərbi Hava Qüvvələri Komandanlığının yaradılmasının 112-ci ildönümü münasibətilə mesaj yayıb.

1994184
Hulusi Akar: "Hərbi Hava Qüvvələrimiz dünyanın qabaqcıl hava qüvvələri arasında öz yerini tutub"

Milli müdafiə naziri Hulusi Akar Hərbi Hava Qüvvələri Komandanlığının yaradılmasının 112-ci ildönümü münasibətilə mesaj yayıb.

Türk millətinin səmalarda qüruru olan Hərbi Hava Qüvvələrinin yaranmasının 112-ci ildönümünü coşğu və həyəcanla qeyd etdiklərini ifadə edən Akar “Bu gün Hərbi Hava Qüvvələrimiz köklü təcrübəsi, yüksək hazırlıqlı, ixtisaslı kadrları və üstün texnologiyası ilə dünyanın qabaqcıl hava qüvvələri arasında öz yerini tutub” deyib.

H.Akar Hərbi Hava Qüvvələrinin səmanı qorumaqdan terrorla mübarizəni effektiv şəkildə davam etdirməyə, təbii fəlakətlərdə yardım və təxliyə əməliyyatlarından beynəlxalq sülh və sabitliyin dəstəklənməsinə qədər bir çox sahədə üzərinə düşən vəzifələri uğurla yerinə yetirdiyini bildirib.

“Lakin bizim əsas məqsədimiz dünyanın ilk hərbi aviasiya təşkilatlarından biri olan Hərbi Hava Qüvvələrimizi yerli və milli sistemlərlə, xüsusən də kritik texnologiyalarla təchiz etməkdir”, deyə nazir Akar qeyd edib.

Milli Müdafiə Nazirliyinin sosial media hesabında Hərbi Hava Qüvvələrinin yaranması ildönümü münasibətilə türk pilotların səmada nümayiş etdirdiyi vizual şənlikdən hissələrlə video paylaşılıb. Paylaşımda deyilib:

“Nəcib millətimizin səmadakı qüdrəti olan, ölkəmizin və millətimizin əmin-amanlığı və təhlükəsizliyi üçün gecə-gündüz çalışan Türkiye Hərbi Hava Qüvvələri Komandanlığının 112-ci ildönümünü qeyd edir, ordumuza xeyirli və uğurlu missiyalar arzu edirik. Hərbi Hava Qüvvələrimizin qəhrəman və fədakar şəxsi heyətinə uğurlar diləyirik”.



Әlaqәli Xәbәrlәr