Bir sıra ölkənin lideri Türkiye Prezidentini təbrik edib
Bir sıra ölkənin lideri seçkilərdə əldə etdiyi qələbə münasibətilə Türkiye Prezidentini təbrik edib.

Bir sıra ölkənin lideri seçkilərdə əldə etdiyi qələbə münasibətilə Türkiye Prezidentini təbrik edib.
İordaniya Kralı II Abdullah, Venesuela Prezidenti Nikolas Maduro, Liviya Dövlət Ali Şurasının sədri Halid Əmmar əl-Mişri Türkiye Prezidenti ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayıblar.
Liderlər seçkilərdə əldə olunan nəticənin uğurlu olmasını arzulayıblar.
NATO-nun baş katibi Yens Stoltenberq də prezident Ərdoğana zəng edərək onu seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Bu barədə Yens Stoltenberq rəsmi internet səhifəsində verdiyi açıqlamada bildirib. Yens Stoltenberq söhbət zamanı iyul ayında Vilnüsdə keçiriləcək NATO sammiti, Ukraynaya dəstək, NATO-nun çəkindirmə və müdafiə gücünün gücləndirilməsi, İsveçin NATO-ya üzvlüyü kimi mövzuların müzakirə olunduğunu deyib.
Erməni Vəqflər Birliyinin (ERVAP) sədri Bedros Şirinoğlu da Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
Әlaqәli Xәbәrlәr

Türkiyenin terrorla mübarizəsi davam edir
Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə mənsub 2 terrorçu zərərsizləşdirilib.