“Türkiyə əsri” artıq başladı", F.Altun

F.Altun sosial media hesabında mayın 28-də keçirilən ikinci turda prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi ilə nəticələnən seçkilərlə bağlı yazıb...

1992615
“Türkiyə əsri” artıq başladı", F.Altun

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun Türkiyədə prezident seçkilərindən sonra artıq ”Türkiyə əsri”nin başladığını bəyan etdi.

  F.Altun sosial media hesabında mayın 28-də keçirilən ikinci turda prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi ilə nəticələnən seçkilərlə bağlı yazıb: “Türkiyə əsri” artıq başladı. İçində olduğu qeyri-sabitlik dövründə Türkiyə regional və qlobal problemlərin həlli üçün sabitləşdirici güc olmağa davam edəcək.

  Prezident R.T.Ərdoğan terror başda olmaqla Türkiyənin üzləşdiyi xarici təhdidlərə qarşı fərqlilik nümayiş etdirdi. O, xarici siyasət, milli təhlükəsizlik, müdafiə sektoru, iqtisadiyyat, elm, texnologiya, səhiyyə və sığınacaq kimi ictimai həyatın əsas elementləri ilə bağlı seçicilərə ümid verdi. Prezidentimizin rəhbərliyi ilə Türkiyə daha firavan, daha böyük və daha güclü olmaq üçün hərtərəfli inkişaf planını həyata keçirəcək”.



Әlaqәli Xәbәrlәr