Türkiyə seçkilərini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı təmin etdi

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən “CNN Türk” telekanalı məlumat yayıb

1991980
Türkiyə seçkilərini 600 minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı təmin etdi

 

  Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun təhlükəsizliyini 596,7 min hüquq-mühafizə orqanı əməkdaşı təmin edir. Bu barədə ölkənin Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən “CNN Türk” telekanalı məlumat yayıb.

  O cümlədən, təhlükəsizliyin təmin edilməsinə 324,4 min polis əməkdaşı, 193,9 min jandarma nümayəndəsi və 2,6 min sahil mühafizəsi cəlb olunub.

  Telekanal qeyd edib ki, 73 helikopter, səkkiz təyyarə, 61 pilotsuz uçuş aparatı, 754 su şırnağı və 244 donanma aktivi, əksəriyyəti qayıqlar istifadəyə hazır vəziyyətə gətirilib.

  Ölkədəki ümumi vəziyyət Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Fövqəladə Hallar Mərkəzində monitorinq edilir. Ölkənin 81 rayonundan məlumat daxil olur.



Әlaqәli Xәbәrlәr