Ölkə xaricində verilən səslər Ankaraya gətirildi
Türkiyedə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xarici nümayəndəliklərdə səsvermə prosesi başa çatdıqdan sonra səslər təyyarələrlə Ankaraya gətirilib.
1990992

Türkiyedə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xarici nümayəndəliklərdə səsvermə prosesi başa çatdıqdan sonra səslər təyyarələrlə Ankaraya gətirilib.
Səsləri daşıyan Türk Hava Yollarına məxsus "Çatalhöyük", "Lale "(Tulip) və "TC-LOH" adlı təyyarələr saat 19.15, 01.50 və 02.40-da Esenboğa hava limanına enib.
Prezident seçkilərində birinci turla müqayisədə bu dəfə daha yüksək fəallığın olduğu bildirilib.
Buna görə, xaricdə və sərhəd-keçid məntəqələrində səs verənlərin sayının 1,9 milyonu ötdüyü, ikinci turda sıx iştirakın türk xalqının demokratik yetkinliyinin göstəricisi olduğu vurğulanıb.