Türkiye “25 May Afrika Gününü” təbrik edib
Xarici İşlər Nazirliyi “25 May Afrika Günü” münasibəti ilə təbrik mesajı yayıb.

Nazirliyin açıqlamasında: “Afrika xalqlarının inteqrasiya, dinc və firavan bir qitə ideallarını təmsil edən Afrika İttifaqının yaranmasının ildönümü olan “25 May Afrika Günü” münasibətilə bütün afrikalı qardaş və bacılarımızı səmimi qəlbdən təbrik edirik”.
Afrika Günü münasibəti ilə Afrika Mədəniyyət Evi ilə əməkdaşlıq çərçivəsində qitənin mədəniyyətini əks etdirmək üçün Afrika incə sənət sərgisinin açılacağı və Xaricdə Yaşayan Türklər və Qohum-əqrəba Topluluqlar Baş idarəsi tərəfindən “Respublikanın yaranmasının 100-cü ildönümündə Türkiyə-Afrika Əlaqələri” adlı panel təşkil ediləcəyi ifadə edilən açıqlamada qeyd edilib ki, Gün münasibəti ilə 38 Afrika ölkəsinin Ankaradakı səfirlərinin iştirakı ilə keçiriləcək tədbirdə xarici işlər nazirinin müavini səfir Burak Akçapar çıxış edəcək.