Ərdoğan: "1 milyona yaxın qaçqının ölkələrinə qayıdacağına dair planımız var"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyedə sığınacaq tapmış suriyalı qaçqınların öz ölkələrinə qayıtması üçün layihələr həyata keçirdiklərini bildirib.

1989526
Ərdoğan: "1 milyona yaxın qaçqının ölkələrinə qayıdacağına dair planımız var"

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyedə sığınacaq tapmış suriyalı qaçqınların öz ölkələrinə qayıtması üçün layihələr həyata keçirdiklərini bildirərək, "1 milyon qaçqının öz ölkələrinə qayıdacağına dair planımız var" deyib.

Bu barədə dövlət başçısı "TRT Haber" telekanalının efirində bildirib.

Ərdoğan ölkəsindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyeyə sığınan suriyalıların təhlükəsiz geri qayıtması üçün işlədiklərini vurğulayıb.

"Bu günə qədər 560 minə yaxın qaçqın terrorçulardan təmizlənmiş ərazilərə qayıdıb. Terror təşkilatları Suriyadan çıxarıldıqca bu rəqəm daha da artacaq", - deyə dövlət başçısı əlavə edib.

“Bizim planımız var ki, 1 milyon qaçqın da oraya qayıdacaq. Təbii ki, bu zamanla baş verəcək. Suriyalıların təhlükəsiz şəraitdə ölkələrinə qayıtmasını təmin etməyə çalışacağıq” deyib.

Sərhədlərin ən son texnologiyalarla təchiz olunduğunu qeyd edən Ərdoğan “Türkiye sərhədləri heç vaxt olmadığı qədər təhlükəsizdir” ifadələrindən istifadə edib.

Dövlət başçısı Türkiye ordusunun Suriyanın şimalında mövcudluğunun davam edəcəyinə işarə edərək deyib:

"Əsgərləri Suriyanın şimalından çıxarsanız, təhlükəsiz olmayacaq və qaçqınların sayı daha da artacaq”. 

Separatçı terror təşkilatı PKK-ya qarşı uğurlu mübarizə aparıldığına da diqqət çəkən prezident onu da əlavə edib ki, PKK və onun törəmə qruplarına qarşı daxildə və xaricdə mübarizəmizi davam etdirmək əzmindəyik. Onları məhv etməkdə qərarlıyıq.



Әlaqәli Xәbәrlәr