“Bu, bizim cənab Putinlə münasibətimiz sayəsində oldu”, R.T.Ərdoğan

R.T.Ərdoğan "Ukraynaya külli miqdarda hərbi və maliyyə yardımı göndərmək təxribatdırmı? Qərb burada səhv edir?" sualına belə cavab verib...

1988473
“Bu, bizim cənab Putinlə münasibətimiz sayəsində oldu”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Qara dəniz taxıl dəhlizində biz təkcə Qərbin deyil, Afrika ölkələrinin də ehtiyaclarını ödəməyə gəlmişik” dedi.

  “CNN İnternational”da Bekki (Becky) Andersonun qonağı olan R.T.Ərdoğan Ukrayna münaqişəsində Qərbin Rusiyaya münasibəti ilə razılaşmadığını və “Qərbin daha çox təxribata əsaslanan siyasət yürütdüyünü” xatırladıb, "Ukraynaya külli miqdarda hərbi və maliyyə yardımı göndərmək təxribatdırmı? Qərb burada səhv edir?" sualına belə cavab verib: "Qərb məsələyə tarazlı yanaşmır. Rusiya kimi ölkəyə balanslı yanaşma daha çox doğrudur. Qərb də mənim kimi davranmalı idi. Mən Rusiya prezidenti cənab Vladimir Putinlə münasibəti davam etdirirəm. Çünki bir-birimizə ehtiyacımız var. Mən bu gün Qərbin ayrı-ayrı başçıları ilə danışdığım kimi cənab Putinlə əlaqə saxlayıram. Eynilə, Qara dəniz taxıl dəhlizi məsələsində də biz təkcə Qərbin deyil, Afrika ölkələrinin də ehtiyaclarını ödəməyə gəlmişik. Baxın, mayın 18-dən taxıl dövrünü daha iki ay uzatdıq. Bu, necə oldu? Bizim cənab Putinlə xüsusi münasibətlərimiz sayəsində”.



Әlaqәli Xәbәrlәr