Ərdoğan: "PKK terror təşkilatı ilə mübarizəmiz son terrorçu məhv edilənə qədər davam edəcək"

Dövlət başçısı "Terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində uzantılarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik" deyib.

1987334
Ərdoğan: "PKK terror təşkilatı ilə mübarizəmiz son terrorçu məhv edilənə qədər davam edəcək"
fuat oktay.jpg
erdogan.jpg

“Separatçı terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində uzantılarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq”. 

Bunu prezident Ərdoğan sosial media hesabından etdiyi paylaşımda deyib.
Dövlət başçısı Şırnak vilayətinin Bestler Dərələr bölgəsində PKK-ya qarşı əməliyyat zamanı baş verən qarşıdurmada şəhid olan 3 əsgərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Şəhid ailələrinə səbr diləyən Ərdoğan deyib:

"Millətimizin başı sağ olsun. Separatçı terror təşkilatı PKK və onun sərhədlərimizin daxilində və xaricində olan qollarına qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik və son terrorçu məhv edilənə qədər dayanmayacağıq". 

Vitse-prezident Fuat Oktay da sosial media hesabında başsağlığı mesajı paylaşaraq deyib:

"Şırnakın Bestler Dərələr bölgəsində xain terrorçularla qarşıdurmada şəhid olan qəhrəman Mehmetciklərimizə Allahdan rəhmət, kədərli ailələrinə səbr, yaralılarımıza isə şəfalar diləyirəm. Əziz millətimizin başı sağ olsun verirəm".



Әlaqәli Xәbәrlәr