14 may Türkiyə seçkiləri xarici mətbuatda

Seçkilərin nəbzini oxucularına xəbər manşetlərində açıqlayan Avropada bir çox mətbuat orqanı yüksək fəallığın 85 faizi keçdiyinə diqqət çəkib

1986900
14 may Türkiyə seçkiləri xarici mətbuatda

 

  14 mayda Türkiyədə keçirilən prezident və 28-ci dövr parlament seçkiləri dünya mətbuatında geniş işıqlandırılıb.

  Seçkilərin nəbzini oxucularına xəbər manşetlərində açıqlayan Avropada bir çox mətbuat orqanı yüksək fəallığın 85 faizi keçdiyinə diqqət çəkib.

  İngiltərənin “The Guardian” qəzetinin manşetində yazılıb: “Türkiyədə yüksək fəallıqla keçirilən seçkilər ikinci tura qaldı”. Qəzet 4-cü və 5-ci səhifələrini tamamilə Türkiyə seçkilərinə həsr edib.

  İngiltərənin “İndependent” qəzeti, Fransanın “Frans 24” kanalı, Almaniyanın “Bild” və “Welt” qəzetləri, Avstriyanın ictimai yayım orqanı ORF “Türkiyə seçkiləri ikinci tura gedir” başlığı ilə Türkiyədəki seçkilərlə bağlı xəbərlərini paylaşıb.

  Bolqarıstan Milli Televiziyasının (BNT) xəbərində “Türkiyədə keçirilən seçkilərdə hazırki prezident Rəcəb Tayyib Ərdoğan və rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ikinci turda yarışacaq. Hər ikisi birinci turda prezident seçkilərində qalib gəlmək üçün lazm olan 50 faiz səsi qazanmaq üçün mübarizə aparacaq” yazıb.

  İspaniyada “El Mundo” və “La Vanguardia” seçkilərin ikinci turuna keçid haqqında, “La Razon” "Türkiyədə prezident seçkiləri sona qədər baş-başa keçdi. Ərdoğanın partiyası parlamentdə qalib gəldi. Seçkilərdə iştirak rekord səviyyədə oldu" cümlələri işlədib.

  İtaliyanın ANSA agentliyi "Türkiyə ikinci tura gedir. Ərdoğan 50 faizə çatmadı" başlığı ilə Türkiyədəki seçkilərdən bəhs edib.

  Belçikanın fransız dilində çıxan yüksək tirajlı “Le Soir” qəzeti “Türkiyədə prezident seçkilərinin ikinci turuna doğru” başlığı ilə seçkilərdən yazıb.

  Yunanıstanda çıxan "Ta Nea" qəzeti ikinci turun nəticəni təyin edəcəyini vurğulalıb.

  Estoniya İctimai Yayım (ERR) qurumu seçkilərdə ictimai fəallığın 90 faizə yaxınlaşdığı və Türkiyədəki seçki sistemi haqqında məlumat verib.

  Polşanın PAP xəbər agentliyi seçkinin nəticələrini, həmçinin Ərdoğan və Kılıçdaroğlunun çıxışlarını oxucuları ilə paylaşıb.

  ABŞ-ın aparıcı qəzetləri və xəbər agentlikləri də Türkiyədəki seçkiləri manşetlərə çıxarıb.

  Rusiyanın “Vzqlayd” qəzeti Rusiyanın bu seçkiləri çox diqqətlə izlədiyini qeyd edib.

  Suriya hökumətinə yaxınlığı ilə tanınan “Vatan” qəzeti Türkiyədə prezident və 28-ci dövr parlament seçkiləri ilə bağlı xəbərlərində səsvermədə iştirakın çox olmasına diqqət çəkib.

  İraqın “Baghdad Today” saytı “İkinci tura keçən prezident seçkisi Türkiyə tarixində bir ilkdir” yazıb.

  Fələstin mətbuatı da seçkilərdən bəhs edib.

  İsrailin “Haaretz” qəzeti “Ərdoğan birinci turda mütləq səs çoxluğu əldə edə bilmədiyi üçün Türkiyə ikinci tura gedir” deyib.



Әlaqәli Xәbәrlәr