Seçki nəticələrinə görə partiyaların millət vəkili sayı

Qeyri-rəsmi nəticələrə görə, 14 may seçkilərində Türkiye Böyük Millət Məclisində (TBMM) çoxluq Cümhur İttifaqının oldu.

1986565
Seçki nəticələrinə görə partiyaların millət vəkili sayı

Qeyri-rəsmi nəticələrə görə, 14 may seçkilərində Türkiye Böyük Millət Məclisində (TBMM) çoxluq Cümhur İttifaqının oldu.

Seçicilərin 49,35 faizi Cümhur İttifaqına səs verdi.

Belə ki, Cümhur İttifaqı Türkiye Böyük Millət Məclisində 322 yer qazanıb.

Yeni dövrdə Türkiye Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyası (AK Parti) 266, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, Yenidən Rifah Partiyası (YRP) 5 millət vəkili ilə yer alacaq.

35,18 faiz səs toplayan Millət İttifaqının Məclisdəki yeri 212 olub.

Türkiye Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyası (CXP) 168, İYİ Partiya isə 44 millət vəkili ilə yer alacaq.

Seçkiyə CXP siyahılarından daxil olan Səadət Partiyası 10, Deva Partiyası 13, Gələcək Partiyası 10, Demokrat Partiyası isə 3 yer qazanıb.

Yaşıl Sol Partiyası (YSP) 62, Türkiye İşçi Partiyası (TİP) 4 millət vəkilini TBMM-ə göndərəcək.



Әlaqәli Xәbәrlәr