Hulusi Akar: "İstanbulda keçirilən görüşdə müsbət irəliləyişlər oldu"

Milli müdafiə naziri Hulusi Akar "Taxıl sazişi"nin uzadılması ilə bağlı razılıq əldə olunması barədə irəliləyiş olduğunu bildirb.

1985681
Hulusi Akar: "İstanbulda keçirilən görüşdə müsbət irəliləyişlər oldu"

Milli müdafiə naziri Hulusi Akar "Taxıl sazişi"nin uzadılması ilə bağlı razılıq əldə olunması barədə irəliləyiş olduğunu bildirb. 

Nazir Akar mayın 11-də Türkiyenin Muğla şəhərində keçirilən “Kurtaran-2023” təliminin görkəmli müşahidəçi günü fəaliyyətindən sonra şəxsi heyət qarşısında çıxış edib.

Türkiye, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri ilə BMT rəsmiləri arasında Rusiya-Ukrayna müharibəsinin yaratdığı beynəlxalq ərzaq böhranının həlli ilə bağlı dördtərəfli görüşə toxunan Akar deyib:

"Yayılan ilk məlumatlar çərçivəsində İstanbuldakı görüş müsbət oldu. Taxıl müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılıq əldə edilir. Bununla belə, Ukrayna limanlarında kommersiya gəmilərimiz var. 6 gəminin təhlükəsiz şəkildə ölkəmizə qaytarılması mövzusunda ilkn əsasları əhtiva edən ralışma əldə olundunu söylədilər. Bu istiqamətdə işlərimizi davam etdiririk”.

Egey, Şərqi Aralıq dənizi və Kıbrısda (Kipr) baş verən hadisələrlə bağlı Akar bildirib ki, Türkiye Yunanıstan başda olmaqla heç bir qonşusuna qarşı aqressiv münasibət göstərmir.

Türkiyənin beynəlxalq hüquq və mehriban qonşuluq münasibətləri çərçivəsində dialoq və sülh yolu ilə problemlərin həllinin tərəfdarı olduğunu vurğulayan Akar onu da deyib ki, biz deyirik ki, Egey dənizi dostluq dənizi olmalıdır, hər iki tərəfin sərvətləri ədalətli şəkildə bölüşdürülməlidir, onlar təhlükəsizlik, xoşbəxtlik və firavanlıq içində yaşamalıdırlar. İki ölkə arasında turizm dövründə, moratorium olduğuna görə heç bir təlim keçirilmir. Biz onlara bildirdik ki, bunu genişləndirməyə hazırıq və bu məsələni müzakirə edə bilərik. Gözləyirik. Bizim gizli gündəmimiz yoxdur.



Әlaqәli Xәbәrlәr