Çavuşoğlu: "Türkiyenin Xartum səfirliyinin əməkdaşları Port Sudana çatdı"

Çavuşoğlu Sudanda aprelin 15-dən bəri davam edən qarşıdurmalarla əlaqədar Türkiyenin Xartum səfirliyinin əməkdaşlarının bu gün Port Sudana çatdığını bildirib.

1985314
Çavuşoğlu: "Türkiyenin Xartum səfirliyinin əməkdaşları Port Sudana çatdı"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Sudanda aprelin 15-dən bəri davam edən qarşıdurmalarla əlaqədar Türkiyenin Xartum səfirliyinin əməkdaşlarının bu gün Port Sudana çatdığını bildirib.

Çavuşoğlu özəl televiziya kanallarından birində canlı yayımda qonaq olaraq gündəmi dəyərləndirib və sualları cavablandırıb.

Sudandakı qarşıdurmaların artıq küçə döyüşlərinə çevrildiyini deyən Çavuşoğlu Türkiyenin Xartum səfirliyinin yerləşdiyi məhəllə və küçədə şiddətli qarşıdurmaların getdiyini bildirib.

Çavuşoğlu səfirliyi müvəqqəti olaraq Port Sudana köçürməyə qərar verdiklərini və səfirlik əməkdaşlarının bu gün Port Sudana çatdığını qeyd edib.

Nazir mayın 6-da daşıma hazırlıqları zamanı səfirliyin avtomobilinə atəş açıldığını və çoxlu sayda güllənin avtomobilə dəydiyini xatırladaraq, "Hətta daha güclü silahlara da əl atıblar. Təyyarəmizə də hücum etdilər. Əslində biz burada tərəf saxlamırıq, hər iki tərəf hörmət edir, amma deyəsən, başqa güc bizi bu işə cəlb etmək istəyir. Burada qərblilər var, tərəf saxlayan regional ölkələr də var” deyib.



Әlaqәli Xәbәrlәr