“Mazlum Doğan”, “Mazlum Kobani”, “Mazlum Karamok” tutuldu

2018-ci ildə MİT-in hərbi əməliyyatından yaralı çıxdıqdan sonra terror təşkilatı PKK/YPG tərəfindən öldüyü xəbəri yayılan Abdullahın sağ olduğu və ...

1981163
“Mazlum Doğan”, “Mazlum Kobani”, “Mazlum Karamok” tutuldu

 

  Türkiyənin Milli Kəşfiyyat Təşkilatı - MİT böyük şəhərlərdə hərəkətlərə göstəriş verən separatçı terror təşkilatı PKK/YPG-nin sözdə hərbi kəşfiyyatçısı "Mazlum Karamok" kod adlı Sabri Abdullahı Suriyanın şimalındakı Aynularabda zərərsizləşdirib.

  2018-ci ildə MİT-in hərbi əməliyyatından yaralı çıxdıqdan sonra terror təşkilatı PKK/YPG tərəfindən öldüyü xəbəri yayılan Abdullahın sağ olduğu və YPG/SEL heyətinə gətirilərək “Bahoz Erdal” kod adlı Fəhman Hüseynin əmri ilə MİT üzvlərinə qarşı aksiya hazırlıqları ilə məşğul olduğu müəyyənləşib.

  Böyük şəhərlərdə törədiləcək hadisələrin planlaşdırılması və təşkili fəaliyyətlərini həyata keçirən Sabri Abdullahı MİT izləyib.

  Əməliyyat bölgələrində Mehmetçik və Türkiyəyə qarşı fəaliyyət planını idarə etmək, həmçinin terror təşkilatına müxalif adların zərərsizləşdirilməsi və qaçırılması, kəşfiyyat toplama, Türkiyəyə qarşı silahlı hərəkat planlama və istiqamətləndirmə fəaliyyətlərində uzun müddətdir çalışan Abdullah Suriyanın şimalındakı Aynularabda zərərsizləşdirilib.

  Qeyd edək ki, Sabri Abdullah 2010-cu ildə PKK/YPG-yə qoşularaq müxtəlif dövrlərdə və müxtəlif bölgələrdə “Mazlum Doğan”, “Mazlum Kobani”, “Mazlum Karamok” kod adlarından istifadə edərək terror fəaliyyətini davam etdirib.



Әlaqәli Xәbәrlәr