Türkiye ilə Azərbaycan arasında “Əməkdaşlıq Protokolu” imzalanıb

Bu barədə Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şəntop tviterdə yazıb.

1980375
Türkiye ilə Azərbaycan arasında “Əməkdaşlıq Protokolu” imzalanıb

Türkiye ilə Azərbaycan arasında “Əməkdaşlıq Protokolu” imzalanıb.

Bu barədə Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şəntop tviterdə yazıb.

“Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik.

Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, - parlament sədri vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün aprelin 27-də paytaxt Ankara şəhərinə işgüzar səfər edib.



Әlaqәli Xәbәrlәr