Ölkə xaricində səs vermə prosesi davam edir

Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün xaricdə seçki qutuları qurulan nümayəndəliklərdə səsvermə prosesi davam edir.

1980715
Ölkə xaricində səs vermə prosesi davam edir

Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün xaricdə seçki qutuları qurulan nümayəndəliklərdə səsvermə prosesi davam edir.

Ən çox türk seçicinin olduğu ölkə Almaniyadır. Bu gün yaradılan seçki mərkəzlərinin qarşısında uzun növbələr yaranıb.

Berlin Baş Konsulluğu bağçasındakı seçki mərkəzində ilk gündə 2 min 567 səs verilib. Berlində ilk gündə verilən səsləri nəzərə alsaq, seçici fəallığı 56 faiz olub.

Almaniyada 13 nümayəndəlikdən əlavə həftəsonu daha 3 məntəqədə seçki qutuları qurulacaq. Xaricdəki digər seçki mərkəzlərində də səsvermə üçün qutuların sayı artırılacaq.

Səsvermənin ikinci günündə Şimali Kıbrıs (Kipr) Türk Respublikası, Fransa, Avstriya, Danimarka və Lüksemburqda da seçicilər səs verməyə gedib. Bu ölkələrdə seçicilər mayın 9-dək səs verə biləcəklər.

Sabahdan etibarən ABŞ-da seçicilər də səs verməyə  başlayacaqlar. ABŞ-dan başqa, Avstraliya, Belçika, Hollandiya, İngiltərə, İsveçrə, Kanada, Norveç, Rusiya və Yunanıstandakı seçicilər də gömrük qapılarında və xaricdəki nümayəndəliklərdə səs verə biləcəklər.

Xarici seçicilər siyahısında təxminən 3 milyon yarım seçici qeydə alınıb.



Әlaqәli Xәbәrlәr