Mövlud Çavuşoğlu Vyanada təşkil edilən iftar proqramında çıxış edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiye hazırda enerji sahəsində qlobal aktordur.

1975236
Mövlud Çavuşoğlu Vyanada təşkil edilən iftar proqramında çıxış edib

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiye hazırda enerji sahəsində qlobal aktordur.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Demokratlar Birliyinin (UİD) təşkil etdiyi iftar proqramında çıxış edib.
Çavuşoğlu Avstriyada yaşayan 300 mindən çox türk vətəndaşının iki ölkə arasında mühüm bağ olduğunu bildirib.
Mövlud Çavuşoğlu deyib: "Soydaşlarımızı və din qardaşlarımızı qorumağa davam edəcəyik. İslamofobiya və terrorun hər növünə qarşı mübarizəmizi davam etdirəcəyik".
Türkiyənin hazırda enerji sahəsində böyük qlobal aktor olduğunu bildirən nazir Mövlud Çavuşoğlu deyib: "Ukrayna müharibəsindən sonra dost və qonşu ölkələrə, cənub-şərq ölkələrinə, Balkan ölkələrinə təbii qaz tədarük edən ölkəyə çevrildik".
"Qardaş Azərbaycanla birlikdə TARA boru kəmərinin ötürmə qabiliyyətini artırırıq. Türkmən qardaşlarımızın hasil etdiyi təbii qazı da bu xətlərə birləşdirəcəyik”, - deyə Mövlud Çavuşoğlu bildirib.



Әlaqәli Xәbәrlәr