Misirin XİN rəhbəri Türkiyeyə səfər edəcək

Misirin xarici işlər naziri Samih Şükri xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə sabah Türkiyeyə rəsmi səfər edəcək.

1973836
Misirin XİN rəhbəri Türkiyeyə səfər edəcək

Misirin xarici işlər naziri Samih Şükri xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə sabah Türkiyeyə rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Şükrinin Türkiyeyə səfəri çərçivəsində ikitərəfli əlaqələr və regional proseslər müzakirə olunacaq.
Nazir Samih Şükri Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək  və başsağlığı vermək üçün fevralın 27-də Türkiyeyə səfər edərək Mövlud Çavuşoğlu ilə görüşüb.
Qeyd edək ki, Misir də zəlzələdən zərər çəkənlər üçün Türkiyeyə humanitar yardım göndərib.
Xatırladaq ki, Mövlud Çavuşoğlu həmkarı Samih Şukrinin dəvəti ilə martın 18-də Misirə rəsmi səfərə gedib.
Nazir Mövlud Çavuşoğlu 11 ildən sonra Türkiyedən Misirə səfər edən ilk xarici işlər naziri olub.



Әlaqәli Xәbәrlәr