Mövlud Çavuşoğlu Fələstin məsələsi ilə bağlı bəyanat verdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiye olaraq hər zaman olduğu kimi Fələstin məsələsini, Əqsa məscidini və Qüdsü müdafiə etməyə davam edəcəklərini bildirib.

1973164

Nazir Mövlud Çavuşoğlu Ankaranın Keçiören raonunda təşkil edilən iftar proqramında vətəndaşlar və gənclərlə görüşüb.
Mövlud Çavuşoğlu İsrail qüvvələrinin Əqsa məscidinə etdiyi  basqına da diqqət çəkib.
"Ramazan ayında israillilər Əqsa məscidinə daxil oldular, məscidin  müqəddəsliyini pozan addımlar atdılar və təbii ki, bunun qarşısında səssiz qalmadıq. Fələstinə zəng etdik, onlarla İsrail mövzusunu müzakirə etdik. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə toplantı keçirərək  mühüm qərarlar qəbul etdik. Türkiye olaraq hər zaman olduğu kimi Fələstin məsələsini, Əqsa məscidini və Qüdsü müdafiə etməyə davam edəcəyik. Bu mövzu ilə bağlı həssaslığımız heç vaxt dəyişməyəcək'',-deyə Türkiyenin xarici işlər naziri qeyd edib.
Dünyanın hər yerində problem və qarşıdurmaların yaşandığını deyən Mövlud Çavuşoğlu Türkiyenin dünyanın hər yerində bayraq dalğalandıran, gücünü nümayiş etdirən, dünyanın hər tərəfi ilə əlaqələri inkişaf etdirən bir ölkə olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr