“TCG Anadolu”nun xüsusiyyətləri

Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi və Türkiyənin ən böyük hərbi gəmisi “TCG Anadolu” donanmanın xidmətinə girdi

1972618
“TCG Anadolu”nun xüsusiyyətləri
tcg anadolu.jpg

 

  Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) gəmisi və Türkiyənin ən böyük hərbi gəmisi “TCG Anadolu” donanmanın xidmətinə girdi.

  2019-cu ilin may ayında suya buraxılan və 2022-ci ilin iyununda dəniz qəbul sınaqlarına başlayan “TCG Anadolu” çoxməqsədli amfibiya hücum gəmisi İstanbulun Tuzla rayonunda prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə Türkiyə Hərbi Dəniz Donanmasına təhvil verildi.

  Mərasimdə etdiyi çıxışında R.T.Ərdoğan dedi: "TCG Anadolu” gəmisi “Türkiyə əsri”ndə öz bölgəsində və dünyada lider mövqeyini qoruyacaq bir simvol olacaq.

  “TCG Anadolu”nu İstanbul Sirkeciyə cəlb edəcək, gəmin xalqımızın da üzünə açacağıq. Adamlarımızın gəmin gəzmələrini istəyirik. Gəlin, bu qüruru birlikdə yaşayaq”.

  Dünyada bu cür gəmi 12 ölkədə var. “TCG Anadolu” üzərinə enib-qalxacaq SİHA-larla dünyanın ilk SİHA gəmisi olacaq. Bunun üçün “Baykar” tərəfindən qatlanan qanadlı “Bayraktar TB3” SİHA-sı hazırlanır.

  Gəmidə silah, döyüş idarəetmə, elektron döyüş, infraqırmızı axtarış və izləmə, elektro-optik axtarış, lazer xəbərdarlıq, torpedadan müdafiə, radar, rabitə, naviqasiya və məlumat paylama sistemləri var.

  “TCG Anadolu” zəruri hallarda təbii fəlakətlərə yardım missiyaları üçün də istifadə ediləcək. Tam təchiz olunmuş xəstəxana və əməliyyat otağı imkanları sayəsində təbii fəlakətlərin aradan qaldırılması, humanitar yardım və qaçqınların təxliyyə əməliyyatlarında tibbi dəstək göstərəcək.

  Uzunluğu 231 və eni 32 metr olan “TCG Anadolu”nun uçuş göyərtəsinə 10 helikopter və ya 11 SİHA, anqarında isə 19 helikopter və ya 30 SİHA daşınır. Gəmidə 1223 personal yerləşir.

  Maksimum tam yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi ən azı 20,5 knot maksimum və 16 knot qənaətli sürətlərlə işləyir.

  Qənaətli sürəti və tam yükdə ən az 9 min dəniz mili seyr məsafəsinə malik “TCG Anadolu”da hər biri 1 tank daşıyan 4 mexanikləşdirilmiş eniş yeri var.

  Gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını (ZAHA), 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtələrində daşıya bilir.



Әlaqәli Xәbәrlәr