Mövlud Çavuşoğlu ''Sıfır tullantı'' təşəbbüsü ilə bağlı bəyanatlar verib
Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyedə uğurlu olan ''Sıfır tullantı'' təşəbbüsünün dünyada da uğurlu olacağını düşündüklərini bildirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyedə uğurlu olan ''Sıfır tullantı'' təşəbbüsünün dünyada da uğurlu olacağını düşündüklərini bildirib.
ABŞ-da səfərdə olan Mövlud Çavuşoğlu bu barədə türkiyeli jurnalistlərə bəyanatlar verib.
Xüsusilə BMT-də qəbul edilən qərarla ''Sıfır tullantı'' layihəsinin dünyaya nümunə olduğunu və BMT-nin siyasətinə çevrildiyini qeyd edən Mövlud Çavuşoğlu eyni qərarla 30 Martın da Beynəlxalq Sıfır Tullantı Günü kimi qəbul edildiyini xatırladıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib:
"Cənab Prezidentimiz dünya sistemində, xüsusən də BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təşəbbüsünü "Dünya beşdən böyükdür" devizi ilə taclandırıb. Bu, bütün dünyada istifadə olunmağa başlayıb.Əlbətdə ətraf mühit mövzusunda da ''Dünya beşdən böyükdür'' devizi dəyişimə işarə edir. Bu problemləri həll etmək üçün beynəlxalq sistem daha təsirli olmalıdır.Daha tez qərarlar qəbul edə bilməlidir. Bu ətraf mühit mövzusunda da, müharibələr mövzusunda da belədir".
Әlaqәli Xәbәrlәr

İraqın şimalında iki PKK terroeçusu da zərərsizləşdirilib
İraqın şimalında separatçı terror təşkilatı PKK-nın iki üzvü zərərsizləşdirilib.