''TRT Afrika'' rəqəmsal xəbər platforması yayıma başladı

Türkiye Radio və Televiziya Qurumunun (TRT) yeni rəqəmsal xəbər platforması ''TRT Afrika'' yayıma başlayıb.

1968200
''TRT Afrika'' rəqəmsal xəbər platforması yayıma başladı

Türkiye Radio və Televiziya Qurumunun (TRT) yeni rəqəmsal xəbər platforması ''TRT Afrika'' yayıma başlayıb.
''TRT Afrika'' Türkiye Radio və Televiziya Qurumu ilə Afrika Birliyinin İstanbulda təşkil etdiyi I Yayım Sammitinin ikinci günündə canlı yayıma başlayıb. Üç gün davam edəcək sammit martın 30-da başlayıb.
''TRT Afrika'' rəqəmsal xəbər platforması TRT-nin obyektiv və əhatəli xəbərçilik hədəflərinə uyğun olaraq Afrika haqqında alternativ məlumatlar təqdim edəcək və qitə üçün əhəmiyyət kəsb edən zəngin, aktual və balanslaşdırılmış məlumatları işıqlandıracaq.

''TRT Afrika'' həmçinin Afrikadakı və diasporadakı afrikalıların hekayələrini paylaşacaq və onların əsas dəyərlərini dünyadakı olayların mərkəzinə çevirəcək.

''TRT Afrika''nın rəqəmsal hədəfi afrikalı tamaşaçılar üçün əhəmiyyətli hekayələrə yer vermək, sosial media vasitəsilə dünyada baş verən hadisələri yaxından izləyən gənclər üçün keyfiyyətli məzmun hazırlamaq, Afrika  problemləri ilə bağlı aparılan tədqiqatlar və çəkilən sənədli filmləri təqdim etmək,həmçinin dünyadakı Afrika diasporunun qitə ilə bağlı məlumat ehtiyaclarını ödəməkdir.

''TRT Afrika'' Qambiyadan Mərakeşə, Nigeriyadan Kameruna kimi onlarla Afrika ölkəsində fəaliyyət göstərəcək. Kanalın digər hədəfi isə Türkiyenin Afrikaya uzun müddətdir davam edən dəstəyini vurğulayaraq Afrikanın səsinin bütün dünyada eşidilməsi üçün bir platforma yaratmaqdır.

''TRT Afrika''  ''TRT World'', ''TRT Arabic'', ''TRT Russian'', ''TRT Deutsch'', ''TRT French'' və ''TRT Balkan''dan ibarət TRT ailəsinin ən yeni üzvüdür.

Qeyd edək ki, Türkiye Radio və Televiziya Qurumunun (TRT) və Afrika Yayım Birliyinin töhfələri ilə keçirilən TRT Afrika I Yayım Sammitində ''TRT Afrika''nın təqdimatı olub.
İstanbulda keçirilən sammitdə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, TRT-nin Baş direktoru Mehmed Zahid Sobacı və Afrika Yayım Birliyinin rəhbəri Gregiore Ndjaka çıxış ediblər.

Sammitin ilk günündə Afrika Yayım Birliyinin nümayəndələri “Dayanıqlı Gələcəyə doğru: İctimai Yayım Xidmətinin yenidən formalaşdırılması” movzusunda keçirilən sessiyada bir araya gəldilər.

Sammit çərçivəsində 23 afrikalı jurnalistə “Pandemiya zamanı medianın dəyişməsi”, “Jurnalistikanın dəyişməsinə texnologiyanın töhfəsi” kimi mövzularda təlim keçirilib.



Әlaqәli Xәbәrlәr