Prezident Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

1967695
Prezident Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mart ayının 30-da Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. 3 saat davam edən görüşdə regional məsələlərlə yanaşı, terrorla mübarizə əməliyyatları və seçki təhlükəsizliyi müzakirə edilib.

3 saata yaxın davam edən toplantıdan sonra verilən yazılı açıqlamada qeyd edilib ki, iclasda əsas diqqət fevralın 6-da baş vermiş zəlzələlərin fəsadlarının aradan qaldırılmasına yönəldilib.

Bununla yanaşı, Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət ab-havanın qorunub saxlanılması, terrorla mübarizə əməliyyatlarının davam etdirilməsi və mayın 14-də keçiriləcək seçkilər zamanı təhlükəsizlik məsələləri müzakirə olunub.

İclasdan sonra yayılan bəyanatda başda PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ olmaqla milli birlik və həmrəyliyə qarşı hər cür təhdid və təhlükəyə qarşı qətiyyət, əzm və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlar barədə Milli Təhlükəsizlik Şurasına heyətinə məlumat verildiyi bildirilib. 

“Suriya və İraqda müşahidə olunan hadisələrin, DEAŞ terror təşkilatı ilə mübarizə adı altında PKK/KCK-PYD/YPG-ni helikopter də daxil hər cür vasitə və imkanlarla təchiz etməyi davam etdirən güclərin əsas niyyətinin başa düşülməsinə bir daha vasitə olduğu qeyd edilmişdir. Əməliyyatlarımız nəticəsində yaranan itkilər, qaçışların artması və təşkilata qoşulmaların azalması səbəbindən dağılma prosesinə girmiş və müddəti bitmiş terror təşkilatını qoruyan aktyorlara Türkiye Cümhuriyyəti dövləti separatçı terror təşkilatını və onun bütün qollarını arxasındakı bütün dəstəyə və sərhədlərə baxmayaraq tamamilə çökdürmək əzmindədir. Terror dəhlizinin başdan-başa yaradılmasına imkan verməyəcəyi xatırladılıb" bəyanatda qeyd olunub.

Toplantıda həmçinin, Rusiya-Ukrayna müharibəsində Qara dənizin təhlükəsizliyinin təmin edilməsi və humanitar böhranların həlli üçün lazımi işlərin görülməsi qərara alınıb.



Әlaqәli Xәbәrlәr