Rəcəb Tayyib Ərdoğan Fələstin və Əlcəzair Prezidentləri ilə telefon əlaqəsi saxlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbas və Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə telefon əlaqəsi saxlayıb.

1966486

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən, liderlər söhbət zamanı bir-birini Ramazan ayının başlaması münasibətilə təbrik ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Mahmud Abbasla apardığı telefon danışığında Türkiyenin Fələstinə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib.
R.T.Ərdoğan həmçinin Türkiyedə baş verən zəlzələlər zamanı nümayüş etdirdiyi həmrəyliyə görə Fələstinə təşəkkür edib.
Türkiye Prezidenti həmçinin Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə də telefon əlaqəsi saxlayıb.
Liderlər Türkiye ilə Əlcəzair arasındakı münasibətləri inkişaf etdirəcək addımlar və regional prosesləri müzakirə ediblər.
R.T.Ərdoğan Əlcəzairin Türkiyedə baş verən zəlzələlər zamanı nümayüş etdirdiyi  həmrəyliyə və dəstəyə görə həmkarına təşəkkür edib.

Әlaqәli Xәbәrlәr