Macarıstan prezidenti Katalin Novak Türkiyədədir
Macarısatn prezidenti Anıtkabir Xatirə Dəftərinə yazdıqdan sonra türkiyəli həmkarı tərəfindən Prezident İqamətgahında rəsmi mərasimlə qarşılanıb

Macarıstan prezidenti Katalin Novak Türkiyədədir.
Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə paytaxt Ankaraya gələn K.Novak rəhbərlik etdiyi heyətlə Anıtkabirdə Qazi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib, əklil qoyub, onu bir dəqiqəlik sükutla yad edib.
Macarıstan prezidenti Anıtkabir Xatirə Dəftərinə yazdıqdan sonra türkiyəli həmkarı tərəfindən Prezident İqamətgahında rəsmi mərasimlə qarşılanıb. Sonra onlar arasında ikitərəfli görüş olub. Söhbətlər zamanı Türkiyə-Macarıstan münasibətləri müxtəlif aspektlərdə nəzərdən keçirilərək əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunub.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Avropa İttifaqı məsələsi, aktual regional və qlobal problemlərlə bağlı da fikir mübadiləsi aparılıb.