THY Lusaka uçuşlarını yenidən başladıb

Türk Hava Yolları (THY) yeni növ koronavirusun (Covid-19) yayılması səbəbindən dayandırdığı Zambiyanın paytaxtı Lusaka uçuşlarına yenidən başlayıb.

1965530
THY Lusaka uçuşlarını yenidən başladıb

Türk Hava Yolları (THY) yeni növ koronavirusun (Covid-19) yayılması səbəbindən dayandırdığı Zambiyanın paytaxtı Lusaka uçuşlarına yenidən başlayıb.

THY Mətbuat Xidmətindən verilən məlumata görə, martın 26-da TK525 nömrəli Lusakaya ilk uçuş "Boeing 737-8 Max" təyyarələri ilə həyata keçirilib.

Açıqlamada THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri professor Doktor Ahmet Bolat Afrika qitəsinə ən çox uçuş həyata keçirən şirkət olduqlarını vurğulayıb.

A.Bolat "Afrika qitəsində ən çox nöqtəyə uçuş həyata keçirən hava yolu şirkəti olaraq 62 istiqamətə uçuşlarımızla bu qitəyə verdiyimiz əhəmiyyəti göstəririk. Türk Hava Yolları olaraq məsafələri bir-birinə yaxınlaşdırmaq mesajımızı davam etdiririk; Fərqli mədəniyyətləri və insanları birləşdirmək səyi gücümüzə güc qatır” ifadələrdən istifadə edib.

THY-nin Lusaka uçuşları Darüs-Salam tranziti ilə həftədə iki reys reallaşdıracaq.



Әlaqәli Xәbәrlәr