Ərdoğan və Putin bu məsələləri müzakirə etdilər
Prezident Ərdoğan Rusiyanın Soçi şəhərində razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini söyləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslər müzakirə edilib.
Rusiya prezidenti Putinə Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən genişləndirilməsi ilə bağlı müsbət münasibətinə görə təşəkkür edən Ərdoğan Rusiya ilə Ukrayna arasındakı münaqişələrin tezliklə danışıqlar yolu ilə sona çatdırılmasına əhəmiyyət verdiklərini bildirib.
Prezident Ərdoğan Rusiyanın Soçi şəhərində razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini söyləyib.
Dövlət başçıları ölkələri arasında ticarət-iqtisadi əlaqələrinin müsbət dinamikasından, qaz təchizatından və Türkiyədə Akkuyu nüvə-elektrik stansiyasının tikintisi də daxil olmaqla, enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi prosesindən məmnun olduqlarını bildiriblər.
Söhbət zamanı zəlzələdən sonra dağılmış infrastrukturun və evlərin yenidən qurulması üçün Rusiyadan tikinti materiallarının satın alınmasının təşkili imkanlarının araşdırılması barədə razılığa gəlinib.
İki ölkə başçısı Suriya məsələsini də müzakirə edib və normallaşma prosesinin davam etdirilməsini vacib hesab etdiklərini bildiriblər. Sonda Rusiya prezidenti Ramazan ayı münasibətilə türkiyəli həmkarına və Türkiyə xalqına ən xoş arzularını çatdırıb.
Әlaqәli Xәbәrlәr

Suriya rejiminin Türk balıqçı gəmisinə hücumu pislənib
Türkiye türk balıqçı gəmisinin Suriya rejimi tərəfindən atəşə tutulmasını pisləyib.