Hulusi Akar Sergey Şoyqu ilə telefonla danışıb

Milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Şoyqu ilə telefonla danışıb.

1963742
Hulusi Akar Sergey Şoyqu  ilə telefonla danışıb

Milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Şoyqu ilə telefonla danışıb. 
Türkiye Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlər Ukraynadakı vəziyyəti, Qara dəniz dəhlizi ilə taxıl tədarükünü, eləcə də Suriya şimalındakı vəziyyəti müzakirə ediblər.

Qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edən Hulusi Akar, taxıl daşınmasının fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir Akar Türkiyenin bölgədə sülhün və humanitar yardıma çıxışın təmin edilməsinə töhfə verməyə indiyə qədər olduğunu kimi bundan sonra da davam edəcəyini dilə gətirib. 

Suriyanın şimalındakı vəziyyətə də toxunan Akar Türkiyenin bölgədəki yeganə məqsədinin terrorla mübarizə, sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək və daha çox humanitar fəlakətlərin qarşısını almaq olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə başlanan danışıqların Suriyada və bütövlükdə regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edən H.Akar bu prosesin davam etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Hulusi Akar həmçinin Türkiyedə baş verən dağıdıcı zəlzələlərlə bağlı Rusiya tərəfinə göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.



Әlaqәli Xәbәrlәr