Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şiya es-Sudani birgə mətbuat konfransında çıxış ediblər

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Türkiyeyə rəsmi səfər edən İraqın baş naziri Məhəmməd Şiya es-Sudani ilə Prezident İqamətgahında görüşüb.

1963142
Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şiya es-Sudani birgə mətbuat konfransında çıxış ediblər

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Türkiyeyə rəsmi səfər edən İraqın baş naziri Məhəmməd Şiya es-Sudani ilə Prezident İqamətgahında görüşüb.

İkitərəfli və heyətlər arasında baş tutan görüşlərdən sonra tərəflər birgə mətbuat konfransında çıxış ediblər.

Məhəmməd Şiya es-Sudani ilə ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə etdiklərini ifadə edən Rəcəb Tayyib Ərdoğan deyib: "Terrorun bütün növlərinə qarşı qətiyyətlə mübarizə aparacağımızı vurğuladıq. "İnkişaf Yolu Layihəsi"ni həyata keçirmək üçün birlikdə işləmək mövzusunda qətiyyətli olduğumuzu qeyd etdik''.
İraqın baş naziri ilə keçirdiyi görüşdə PKK, DEAŞ və Fətullahçı Terror Təşkilatı (FETÖ) kimi terror təşkilatları ilə mübarizəni müzakirə etdiklərini ifadə edən Türkiye Prezidenti deyib: ''Bu təşkilatların hər iki ölkə üçün təhlükə yaratdığı aydındır. İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror təşkilatı kimi tanımaları və torpaqlarını bu qanlı terror təşkilatından təmizləmələridir''.
Rəcəb Tayyib Ərdoğan Türkiyenin terrorla mübarizə məsələsində  İraqla hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb.
R.T.Ərdoğan çıxışında həmçinin ötən il iki ölkə arasındakı ticarət həcminin 24 milyard dolları keçərək rekorda imza atdığını ifadə edib.
Türkiye Prezidenti çıxışının sonunda Türkiye və İraq xalqını baharın gəlişinin müjdəçisi olan Novruz bayramı münasibətilə təbrik edib.



Әlaqәli Xәbәrlәr