Prezident Ərdoğan Finlandiya Prezidenti ilə görüşəcək
Prezident Rəcəb Tayyib Ərdoğan bu gün də liderlərlə görüşlər keçirəcək.
1961209

Prezident Ərdoğan Türkiyədə səfərdə olan finlandiyalı həmkarı Niinistö ilə Ankarada bir araya gələcək. Ərdoğan Finlandiya Prezidenti Sauli Niinistönu prezident Külliyesində rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki lider təkbətək görüşəcək. İclasda Finlandiyanın NATO-ya üzvlük məsələsi müzakirə ediləcək mövzular arasında ilk sırada qərarlaşacaq. 2022-ci ilin iyununda Madriddə imzalanan üçlü memorandum çərçivəsində son vəziyyət qiymətləndiriləcək. Finlandiyanın memorandumda üzərinə götürdüyü məsələlərə əməl edib-etməməsi nəzərdən keçiriləcək. Türkiyə-Finlandiya münasibətləri, o cümlədən, regional və beynəlxalq mövzular gündəmə daxil ediləcək. Dövlət başçıları görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.