D.Peskov: ''R.T.Ərdoğanın sülhün bərqərar olması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk''

Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov prezident Rəcəb Tayyib Ərdoğanın sülhün bərqərar olması üçün gördüyü işləri və vasitəçilik səylərini yüksək qiymətləndirdiklərini söyləyib.

1961442

Dmitri Peskov paytaxt Moskvada gündəmdəki aktualn mövzuları  qiymətləndirib.
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Ərdoğanın sülh sahəsində Nobel mükafatına namizədliyi ilə bağlı təklifini qiymətləndirən Dmitri Peskov deyib: “Əlbəttə, biz Rəcəb Tayyib Ərdoğanın sülhün bərqərar olması üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk''.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Türkiye, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2022 ilin 22 iyul tarixində İstanbulda imzalanmış və 18 martda başa çatacaq ''Taxıl sazişi''nin uzadılması ilə bağlı deyib: "Rusiya bu razılaşmanın 60 gün də uzadılmasına etiraz etmir''.

Әlaqәli Xәbәrlәr