Hulusi Akar TBMM-də gündəmlə bağlı açıqlamalar verib

Hulusi Akar Rusiya və Ukrayna ilə martın 18-də başa çatacaq taxıl dəhlizi sazişinin müddətinin 120 günlük uzadılması üçün danışıqların davam etdiyini bildirib.

1960207
Hulusi Akar TBMM-də gündəmlə bağlı açıqlamalar verib

Milli müdafiə naziri Hulusi Akar Rusiya və Ukrayna ilə martın 18-də başa çatacaq taxıl dəhlizi sazişinin müddətinin 120 günlük uzadılması üçün danışıqların davam etdiyini bildirib.

Hulusi Akar Türkiye Böyük Millət Məclisində (TBMM) gündəmlə bağlı açıqlamalar verib.

Taxıl dəhlizinin 120 gün uzadılması tələbi ilə Rusiya və Ukrayna ilə danışıqlara başlanıldığını bildirən nazir Akar nazirlər səviyyəsində danışıqların davam etdiyini bildirib.

"Dünənə qədər çoxlu sayda gəmilər taxıl və digər ərzaq məhsulları daşıyırdı. Söhbət 24 milyon tondan çox yükdən gedir. Bunun həm regional, həm də dünya sülhünə, qiymətlərə ciddi töhfəsi oldu. Davamı həqiqətən vacibdir. 2 ay əvəzinə 120 gün olması üçün görüşlərimizi davam etdirəcəyik” -deyə H.Akar qeyd edib.  

Rusiya və Ukrayna tərəflərinin məsələni dəyərləndirib qərarlarını verəcəklərini vurğulayan Akar deyib:

“Birləşmiş Millətlər Təşkilatı (BMT) bizimlə eyni fikirdədir. Yaxın günlərdə bunu müsbət mənada həll etməyə çalışacağımıza ümid edirəm”.

Nazir Akar ABŞ pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya döyüş təyyarəsinin Qara dəniz üzərində toqquşması və daha sonra qəzaya uğraması ilə bağlı suala cavabən isə deyib ki, baş verənləri tərəfmüqabilimiz olan amerikalılarla müzakirə edərək, hadisələri ağlabatan və məntiqli şəkildə həll etməyə çalışırıq. Hadisəni yaxından izləyirik.



Әlaqәli Xәbәrlәr